Məzmuna keç

Sözlük

Proqramlaşdırma dünyasının öz dili var. Bu səhifə kursda işlənən terminlərin lüğətidir — ingiliscə qarşılıqları ilə birlikdə, çünki internetdə axtarış edəndə ingilis termini lazım olacaq.

Azərbaycancaİngiliscəİzahı
proqramprogramKompüter üçün addım-addım təlimatlar toplusu
proqramlaşdırmaprogramming, codingProqram yazmaq işi
kodcodeProqramın mətni
əmrcommand, statementKompüterə verilən bir təlimat (dərsliklərdə: «operator», «komanda»)
işə salmaqrun, executeProqramı başlatmaq
çap etməkprintEkrana yazı çıxarmaq
mətnstringDırnaq içində yazılan simvollar ardıcıllığı (məktəb dərsliklərində: «sətir»)
tam ədədinteger (int)Kəsrsiz ədəd: 5, -3, 1024
həqiqi ədədfloatTam və kəsr hissəsi olan ədəd: 3.5, 0.1 — Python-da vergül yox, nöqtə yazılır!
dəyişənvariableMəlumat saxlayan adlı «qutu»
mənimsətməassignmentDəyişənə dəyər vermək: x = 5
daxiletməinputİstifadəçidən alınan məlumat
çıxış, nəticəoutputProqramın ekrana çıxardığı məlumat
xətaerrorProqramda problem — Python onun yerini göstərir
sintaksis xətasısyntax errorYazılış qaydası pozulanda çıxan xəta
şərhcomment# ilə başlayan, kompüterin oxumadığı qeyd
f-stringf-stringİçində {dəyişən} işlədilə bilən mətn
çevirməconversion, castingTipi dəyişmək: int("12")
şərtconditionDoğru/yanlış yoxlanılan ifadə
girintiindentationSətrin əvvəlindəki boşluqlar — Python blokları belə tanıyır
müqayisəcomparisonİki dəyəri tutuşdurmaq: ==, !=, <, >
doğru / yanlışTrue / False (boolean)Python-un «hə» və «yox» dəyərləri
məntiqi operatorlogical operatorŞərtləri birləşdirən and, or, not
dövrloopTəkrarlanan kod bloku
sayğaccounterDövrdə dəyəri artan/azalan dəyişən (i)
toplayıcıaccumulatorDövr boyu nəticə yığan dəyişən
sonsuz dövrinfinite loopHeç vaxt bitməyən dövr — while yazanda diqqət!
siyahılistSıra ilə düzülmüş elementlər toplusu
indeksindexElementin siyahıdakı nömrəsi — 0-dan başlayır!
dilimsliceSiyahının bir hissəsi: siyahi[1:3]
metodmethodNöqtə ilə çağırılan əməliyyat: .append(), .sort()
lüğətdictionary (dict)Açar–dəyər cütlükləri saxlayan struktur
açarkeyLüğətdə dəyərə aparan ad: oyuncu["xal"]
funksiyafunctionAda malik, çağırıla bilən kod bloku
parametrparameterFunksiyaya ötürülən məlumatın funksiya içindəki adı
qaytarmaqreturnFunksiyanın nəticəni geri verməsi (çap etmədən)