Məzmuna keç

Layihə 4: Sezar şifrəsi

Yuli Sezar məxfi məktublarında hər hərfi əlifbada bir neçə addım sürüşdürürdü: a → b, b → c… Düşmən oxuya bilmirdi, dostlar isə sirri bilirdi. Bu, tarixin ilk şifrələrindən biridir — və sən onu indi yazacaqsan.

Əlifbanı mətn kimi saxla: elifba = "abcdefghijklmnopqrstuvwxyz". Hər hərfin yerini .index() tapır, +1 onu sürüşdürür:

  • elifba.index("s")18, deməli şifrəsi elifba[19]"t"
  • Tələ: "z"-in (indeks 25) sürüşməsi 26 olur — belə indeks yoxdur! Həll: % 26 qalığı dairəni bağlayır: 26 % 26 = 0"a". (Modul 01-in %-i burada qəhrəmana çevrilir!)
  1. elifba mətnini yarat
  2. Sözü input() ilə al, sifre = "" boş mətnlə başla
  3. for herf in soz: — hər hərf üçün:
    • yer = elifba.index(herf)
    • sifre = sifre + elifba[(yer + 1) % 26]
  4. Şifrəni çap et
Missiya

Sezar şifrəsi

+30 XP

Planı izlə və şifrələyicini tamamla. (Daxiletmələrdə salam var — şifrəsi tbmbn olmalıdır.) Sonra dostuna şifrəli mesaj göndər və deşifrə qaydasını da fikirləş: əks istiqamətə sürüşdürmək kifayətdir. 🕵️

Daxiletmələr (input() üçün)

Hər sətirdə bir dəyər — input() onları sıra ilə oxuyur.

Nəticə
 

🏆 Təbriklər — kursu bitirdin! Dörd əsl layihə yazdın və «Python Kəşfiyyatçısı» nişanını qazandın. Bundan sonra nə? Öz ideyanı yaz — ən yaxşı öyrənmə yolu budur. Sualların olsa, əlaqə saxla. Uğurlar, proqramçı! 🐍