Məzmuna keç

Layihə 3: Viktorina

Müəllimlər Kahoot işlədir, sən özünküni yazacaqsan. Suallar və cavablar siyahılarda, dövr onları bir-bir verir, düz cavaba xal.

  1. İki paralel siyahı yarat: suallarcavablar — eyni indeksdə sual və onun cavabı
  2. xal = 0
  3. for i in range(len(suallar)): — hər sual üçün:
    • sualı göstər: input(suallar[i])
    • cavab cavablar[i]-yə bərabərdirsə: «Düzdür! ✅» + xal
    • deyilsə: «Səhvdir ❌»
  4. Sonda: f"Nəticə: {xal}/{len(suallar)}"
Missiya

Viktorina

+25 XP

Planı izlə və viktorinanı işlət. (Daxiletmələrdə oyunçunun cavabları: Bakı ✅, səkkiz ❌ — proqram «8» gözləyir! — və kvadrat ✅. Nəticə 2/3 olmalıdır.) Sonra sualları öz fənnindən olanlarla əvəz et!

Daxiletmələr (input() üçün)

Hər sətirdə bir dəyər — input() onları sıra ilə oxuyur.

Nəticə
 

Sonuncu layihə: məxfi mesajlar — öz şifrələyicini yaz. 🕵️ Davam et →